Azərbaycan klubundan Avropa Kubokunda 3-cü qələbə
- 23 Okt 2024 23:31
- 226
“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda növbəti qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi 4-cü turda İsveçrənin “Riksen” klubuna 4:2 hesabı ilə qalib gəlib.
Şahmatçılarımız əvvəlki üç turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” kollektivlərini (3,5:2,5) üstələyib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar.
Ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.