Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində voleybol yarışında Azərbaycanın kişilərdən ibarət komandası çempion olub. "Rekord.az" xəbər verir ki, komandamız qrupda Polşanı, Çexiyanı və Slovakiyanı məğlub edərək ilkin mərhələni lider kimi başa vurub.

Reqlamentə əsasən komandamız yarımfinalda qrup dördüncüsü olan Polşa ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Finalda isə voleybolçularımızın rəqibi  çexlər olub. Həlledici matçda Çexiyanı 2:0 hesabı ilə üstələyən komandamız yarışın qızıl medallarını qazanıb.