Azərbaycan kuboku: 1/16 final mərhələsinin püşkü atılacaq
- 21 Yan 2020 16:00
- 799
Yanvarın 23-də futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayının Konfrans otağında baş tutacaq tədbir saat 11:30-da başlayacaq.
Bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 10-u Yüksək Liqanın təmsilçisidi. Qalan iştirakçılardan 7-si Birinci, 13-ü isə İkinci Liqa iştirakçılarıdı. Daha 2 komanda Naxçıvan Futzal Liqasında çıxış edən kollektivlərdi.
İştirak edəcək komandaların siyahısını diqqətinizə çatdırırıq: Araz, Marafon, EKOL, Neftçi, Baku Fire, Premier (Quba), Bakı TFK, Record club, Xızı Futzal, Yasamal İSK, Standard, Forza Neftçi, Star karqo, Red Line, Baku Fans, Yasamal İSK-2, Zəngilan, NTD, Advokat, Baker Tilly, Altay, Dalğa, Atletiko Baku, Bibi-Heybət, Hövsan, Borçalı, Star karqo-2, Gənclik İK, Baker Hughes, Yurd MFK, Nəqşicahan, Badamlı.
Bu mərhələnin ilk oyunları fevralın 6-da, 7-də və 8-də, cavab görüşləri isə bir həftə sonra – fevralın 14-də , 15-də və 16-da keçiriləcək.
Onu da qeyd edək ki, komandalar reytinqə uyğun olaraq iki səbətə bölünəcəklər. Yüksək Liqanın 10 iştirakçısı, eləcə də 1/16 final mərhələsinə vəsiqə qazanmış Birinci Liqanın 6 ən yüksək reytinqə (hazırkı turnir cədvəlində daha yaxşı mövqedə qərarlaşmış) sahib komandası bir səbətdə yer alacaq. Digər səbətdə qərarlaşan kollektivlər öz rəqiblərini məhz bu komandalar arasından püşklə müəyyənləşdirəcəklər. Bu mərhələnin püşkündən sonra digər mərhələlərdə komandaların qarşılaşacaqları ardıcıllıq da aydınlaşacaq.