Bu həftə futbol üzrə Azərbaycan kubokunda 2021/22 mövsümünə start veriləcək.

Rekord.az xəbər verir ki, bir qarşılaşmadan ibarət olan 1/8 final mərhələsində 4 matç baş tutacaq.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki qarşılaşmalarının balansını təqdim edib.

Azərbaycan kuboku
1/8 final

10 dekabr

1. "Zaqatala" - "Səbail" – 1 oyun, +0=0-1, top fərqi 2-3

Bir il əvvələ təsadüf edən yeganə qarşılaşmada “Səbail” qalib gəlib. Hər iki komanda qol sevinci yaşayıb.

2020/21. 1/8 final. Səbail (Bakı) – Zaqatala 3:2

3. MOİK - "Qəbələ" – 4 oyun, +0=0-4, top fərqi 0-10

“Qəbələ” əvvəlki 4 oyunun hamısında qalib gəlib. Bu görüşlərdə MOİK qol da vurmayıb.

2005/06. 1/16 final. Göygöl - MOİK (Bakı) 2:0, 4:0
2007/08. 1/16 final. MOİK (Bakı) – Qəbələ 0:2, 0:2

11 dekabr

2. "Sabah" - "Kəpəz" – 1 oyun, +0=0-1, top fərqi 1-2

Ötən mövsüm baş tutan yeganə qarşılaşmada “Kəpəz” səfər qələbəsi qazanıb. Bu görüşdə hər iki komanda qol vurub.

2020/21. 1/8 final. Sabah (Bakı) - Kəpəz (Gəncə) 1:2

4. "Keşlə" - "Qaradağ Lökbatan" – 1 oyun, +1=0-0, top fərqi 5-1

Yeganə qarşılaşma “Keşlə” böyükhesablı qələbə qazanıb. Hər iki komanda qol vurub.

2016/17. 1/8 final. İnter (Bakı) – Qaradağ-Lökbatan 5:1