Azərbaycan kubokuna yekun vuruldu
- 10 Dek 2021 01:06
- 704
Dekabrın 9-da qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan kuboku turniri başa çatıb.
Rekord.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın ikinci günündə qadınlar arasında 57 kq (12 iştirakçı), 78 kq (8 iştirakçı) və +78 kq (4 iştirakçı), kişilər arasında isə 73 kq (57 iştirakçı), 100 kq (20 iştirakçı) və +100 kq (13 iştirakçı) çəki dərəcələrində qaliblər və mükafatçılar müəyyən edilib.
Qadınlar
57 kq
1. Əlizadə Fidan (İşıqlı Azərbaycan İdman Klubu)
2. Mustafayeva Elmira (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Bakı)
3. Bayramova Gülnarə (Şahin İdman Klubu)
3. Əliyeva Rita (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)
78 kq
1. Paşazadə Aytəkin (Zirvə İdman Klubu, İsmayıllı rayonu)
2. Abdullayeva Pərvanə (Yevlax)
3. İbrahimova Nərgiz (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Rəşidova Xədicə (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)
+78 kq
1. Əmirli Nərmin (Atilla İdman Klubu)
2. Süleymanova Nigar (Neftçi İdman Klubu)
3. Rəşidova Elnarə (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)
Kişilər
73 kq
1. Mirzəyev Nəriman (Neftçi İdman Klubu)
2. Poladov Zaməddin (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri)
3. Hacızadə Məmmədrza (Sərhədçi Olimpiya İdman Mərkəzi)
3. Hüseynov Qadir (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
100 kq
1. Kərimli Adil (Neftçi İdman Klubu, Sumqayıt şəhəri)
2. İsayev Sabir (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)
3. Dadaşov Hüseyn (Neftçi İdman Klubu)
3. Nəsirli Ruslan (Atilla İdman Klubu)
+100 kq
1. Yusifov İmran (Qəbələ İdman Klubu, Qəbələ şəhəri)
2. Feyziyev Camal (Neftçi İdman Klubu)
3. Nəsibov Kənan (Kanokan-TT İdman Klubu)
3. Qəhrəmanov Şahin (Neftçi İdman Klubu)
Qadınlar və Kişilər arasında Azərbaycan Kubokunda ümumi nəticəyə görə Neftçi İdman Klubu 1-ci yerə, Atilla İdman Klubu 2-ci yerə və Təhsil Uşaq Gənclər İdman Sağlamlığ Mərkəzi (Sumqayıt şəhəri) 3-cü yerə layiq görülüblər və müvafiq kuboklarla təltif ediliblər.
Ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda ölkəmizin 52 şəhər və rayonundan 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.