Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.


Rekord.az xəbər verir ki, yarımfinalda "Neftçi" İdman Klubunu 6:3 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" həlledici mərhələyə yüksəlib.


Digər yarımfinal oyununda isə Birinci Liqanın lideri PFL U-19 kollektivini 4:0 hesabı ilə üstələyib.


"Araz-Naxçıvan" və PFL kollektivləri arasındakı final qarşılaşması iyunun 5-də keçiriləcək.