Azərbaycan Həndbol Federasiyasında (AHF) XXXI ölkə kubokunun püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, tədbirdə hakimlər kollegiyasının üzvləri, idman şöbəsinin əməkdaşları və komandaların baş məşqçiləri iştirak ediblər.


Federasiyanın idman şöbəsinin rəhbəri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov 2024/2025 mövsümündə ölkə kubokunun aprelin 26-da “AHF Arena”da start götürəcəyini bildirib. Olimpiya sistemi ilə təşkil olunacaq yarış 1/4 finaldan başlayacaq.


2023/2024 mövsümündə ölkə kubokunun finalçıları olan kişilərdən ibarət “Azəryol” və “Bakı”, qadınlardan ibarət “Azəryol” və “Kür” komandaları yarımfinaldan mübarizəyə qoşulacaqlar. Bu mərhələyə mayın üçüncü ongünlüyündə start veriləcək.


Tədbirdə turnirin reqlamenti, qaydaları və oyun cədvəli haqqında ətraflı məlumat verilib, iştirakçı komandaların siyahısı elan olunub. Ümumilikdə 9 kişi (“Azəryol”, “Bakı”, “Dinamo”, “Gənclər Birliyi”, “İdman Akademiyası”, “Kür”, “Qarabağ”, “Təhsil”, U-17) və 7 qadın (“Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu”, U-16) komandası əsas mükafat uğrunda mübarizə aparacaq.


Püşkatma mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb, turnirlə bağlı bütün detallar müzakirə edilib.


1/4 finalda üz-üzə gələcək komandalar:


26 aprel


Qadınlar


Bakı - İdman Akademiyası


Kişilər


Gənclər Birliyi – Dinamo

İdman Akademiyası – Təhsil

U-17 - Kür


27 aprel


Qadınlar


Təhsil – Qarabağ