Azərbaycan kubokunun püşkündə qəribə məqam: iki il ard-arda eyni cütlüklər
- 15 Noy 2019 11:00
- 753
Dünən Peşəkar Futbol Liqası 2019/20 mövsümü üçün Azərbaycan kubokunun püşkatma mərasimi keçirdi. Ötən il olduğu kimi, yarışda 12 komanda oynayacaq. Bu dəfəki püşkatma bir maraqlı və sual doğuran məqamla diqqət çəkib.
Rekord.az kiçik araşdırma zamanı müəyyən edib ki, əgər 1/8 final cütünün qalibləri Premyer Liqada yarışacaq komandalar olsa (böyük ehtimalla da belə olacaq) bu zaman Azərbaycan kubokunda 1/4 finalında ötən ilki kimi eyni cütlüklər qarşılaşacaq.
Qeyd edək ki, ötən il 1/8 finaldan sonra 1/4 finalda aşağıdakı cütlüklər yaranmışdı:
“Qarabağ” – “Keşlə”
“Neftçi” – “Sumqayıt”
“Zirə” – “Səbail”
“Qəbələ” – Sabah”
2019/20 mövsümünün püşkünün nəticəsinə əsasən, 1/8 finalda aşağıdakı cütlüklər qarşılaşacaq:
1. “Sabah” - “Ağsu”
2. “Qaradağ Lökbatan” - “Zirə”
3. “Sumqayıt” - “Zaqatala”
4. “Keşlə” - “Kəpəz”
1/4 finalda isə aşağıdakı cütlüklər qarşılaşacaq:
5. “Qəbələ” - 1-ci cütün qalibi
6. “Səbail” - 2-ci cütün qalibi
7. “Neftçi” - 3-cü cütün qalibi
8. “Qarabağ” - 4-cü cütün qalibi
Beləliklə, əgər 1/8 finalda Premyer Liqa təmsilçiləri mərhələ adlasa, o zaman 1/4 finalda eyni ilə ötən ilki kimi cütlüklər yaranacaq.
“Qəbələ” – “Sabah”
“Səbail” – “Zirə”
“Neftçi” – “Sumqayıt”
“Qarabağ” – “Keşlə”