Azərbaycan kubokunun qalibləri bəlli oldu
- 19 Noy 2022 18:30
- 387
Stolüstü tennis üzrə Azərbaycan Kubokunun qalibləri bəlli olub.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə final görüşləri baş tutub.
Qadınların turnirində Məryəm İmanova 1-ci, Mərziyyə Nurmətova 2-ci, Aylin Əsgərova ilə Rüfət Əliyeva 3-cü yeri tutub.
Kişilərin yarışı Adil Əhmədzadənin qələbəsi ilə yekunlaşıb. O, finalda Vəzir Allahverdiyevə qalib gəlib. Nihad Məmmədovla İbrahim Ansari fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Mərziyyə Nurmətova ilə Arzu Aslanova qalib gəlib. Ləman Abdulhəmidova – Zemfira Mikayılova tandemi ikinci yeri tutub. Rüfət Əliyeva – Xədicə Əbilzadə və Məryəm İmanova – Aliyə Haşımova cütü üçüncü olub.
Kişilərin qoşa turnirində Hilal Həsənov - Adil Əhmədzadə tandemi finalda Vəzir Allahverdiyev – Nihad Məmmədov ikilisinə qalib gəlib. Əliverdi Şahgəldiyevlə Hüseyn Eylazov və Xəyal Həşimli ilə Cəfər Cəfərzadə 3-cü yerlə kifayətlənib.
Qarışıq qoşa yarışları Nihad Məmmədovla Ləman Abdulhəmidovanın qələbəsi ilə nəticələnib. Onlar finalda Əliverdi Şahgəldiyev – Mərziyyə Nurmətova tandemini üstələyiblər. Yusif Almazağazadə ilə Məryəm İmanova, həmçinin Hüseyn Eylazovla Aylin Əsgərova üçüncü olub.
Xatırladaq ki, kişilərin turniri Təhsil RİM kollektivinin qələbəsi ilə başa çatıb. MOİK ikinci yeri tutub. “Sərhədçi” və “Sumqayıt” komandaları 3-cü yeri bölüşüblər.
“Sumqayıt” komandası qadınların mübarizəsində bütün rəqiblərini üstələyib. İkinci yeri Təhsil RİM-nin yetirmələri tutublar. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü olub.