Gənclər arasında stend atıcılığı üzrə Azərbaycan kuboku yarışı keçirilib.

Rekord.az xəbər verir ki, səngər stendi üzrə kişilər arasında keçirilən yarışda Əlimirzə Quliyev qalib gəlib.

Dairəvi stend yarışında kişilərdə Niyaz Ağazadə, qadınlar arasında Nurlana Cəfərova fərqləniblər. Qarışıq komanda yarışını Fuad Qurbanov və Nurlana Cəfərova birinci pillədə başa vurublar.

Qeyd edək ki, Azərbaycan kubokunun qaliblərindən formalaşdırılacaq komanda mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq Mərkəzində keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi təmsil edəcək.