 
        Azərbaycan – Malta matçının hakimləri bilindi
- 15 Okt 2021 15:32
- 696
Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta millisinə qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər müəyyənləşib.
Rekord.az xəbər verir ki, oktyabrın 26-da ASK Arenada keçiriləcək Azərbaycan – Malta qarşılaşmasını Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Reka Molnar olacaq. Ona yan xətt hakimləri Katalin Török və Noemi Hegedus-Barat kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Reka Bognar yerinə yetirəcək.
 
                 
                         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
         
            
        