Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.

Azərbaycan milli komandasının heyətində 70-ci dəqiqədə penaltidən Ayxan Süleymanlı fərqlənib. Bu komandalar arasında növbəti oyun dekabrın 9-da keçiriləcək.