Azərbaycan milliləri toplanışın ikinci mərhələsinə start verib
- 18 İyn 2024 20:00
- 262
Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.
Rekord.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda "A" divizionunda çıxış edən Gürcüstan U-16 seçməsinə 58-40 hesabı ilə qalib gəlib.
Təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millisi isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C Divizionunun oyunlarında iştirak edəcək.