Azərbaycan millilərindən bir gündə iki qələbə
- 22 Sen 2024 00:09
- 268
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçiriblər.
Rekord.az xəbər verir ki, 10-cu turda Kuba ilə üz-üzə gələn kişilərdən ibarət millimiz 3:1 hesablı qələbəyə sevinib.
Aydın Süleymanlı – Karlos Albornos 1:0
Nicat Abasov – Luis Kesada 0,5:0,5
Rauf Məmmədov – Dilan Berdaes 1:0
Məhəmməd Muradlı – Omar Almeyda 0,5:0,5
Eyni turda Monqolustanla münasibətlərə aydınlıq gətirən qadınlardan ibarət kollektiv isə 2,5:1,5 hesabı ilə qalib gəlib.
Günay Məmmədzadə - Munxzul Turmunx 0,5:0,5
Ülviyyə Fətəliyeva - Batxuaq Munquntul 1:0
Gövhər Beydullayeva - Davademberel Nomin-Erdene 1:0
Xanım Balacayeva - Bat-Erdene Munzunqul 0:1