Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gəliblər.

Rekord.az xəbər verir ki, 8-ci tura təsadüf edən qarşılaşmalar bərabərliklə yekunlaşıb - 2:2.

Aydın Süleymanlı - Daniele Vocaturo 0,5:0,5
Nicat Abasov - Lorenzo Lodiçi 0,5:0,5
Rauf Məmmədov - Françesko Sonis 0,5:0,5
Şəhriyar Məmmədyarov - Sabino Brunello -0,5:0,5

Günay Məmmədzadə - Marina Brunello 0,5:0,5
Ülviyyə Fətəliyeva - Olqa Zimina 1:0
Gövhər Beydullayeva - Yelena Sedina 0,5:0,5
Xanım Baladjayeva - Culiya Sala 0:1