Haiti millisinin hücumçusu Frantsdi Pyero Azərbaycan yığması ilə keçiriləcək yoxlama oyunundan öncə mətbuat konfransında iştirak edib.


Rekord.az xəbər verir ki, AEK-də çıxış edən 29 yaşlı forvard bunları söyləyib:


“Sabah qələbə qazanmaq istəyirik. Bilirik ki, çətin oyun olacaq. Çünki Azərbaycan millisi çox yaxşı komandadır. Bu matç dünya çempionatının seçmə mərhələsi öncəsi öz vəziyyətimizi dəyərləndirmək üçün yaxşı testdir.


Oyunçularımızın əksəriyyəti Avropada çıxış edir. Mən özüm Yunanıstanda oynayıram. Bizim Türkiyədə, Fransada çıxış edən futbolçularımız var. Belə olmasaydı da, bu, bizim üçün bəhanə ola bilməzdi. Ən yaxşı performansımızı ortaya qoymağa çalışacağıq”.