Azərbaycan millisi Dağıstana yollandı
- 04 Mar 2020 21:19
- 1094
Bu gün sərbəst güləş üzrə Azərbaycan yığması növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb.
Rekord.az xəbər verir ki, millimiz martın 5-dən 14-dək Mahaçqalada hazırlıq prosesi keçəcək.
Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Aslanbek Alborov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təlim-məşq toplanışında iştirak edəcək. Yerli komandayla birgə baş tutacaq hazırlıq prosesində əsasən taktiki-texniki çalışmalara üstünlük veriləcək. Toplanış martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, sərbəst güləşçilər yarışın ilk iki günündə mübarizə aparacaq. Şərif Şərifov ötən il dünya çempionatında 97 kq-da Olimpiadaya lisenziya əldə etdiyi üçün yığma üzvləri Budapeştdə 57, 65, 74, 86 və 125 kq-da Tokio-2020-yə vəsiqə qazanmağa çalışacaq.