Azərbaycan parataekvondo millisi Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında 3-cü yeri tutub.

Rekord.az xəbər verir ki, mundiala üç idmançı ilə yollanan yığma 2 medal qazanıb.

İmaməddin Xəlilovun (70 kq, K-44) çempionluğundan sonra Əbülfəz Abuzərli (80 kq, K-44) də fəxri kürsüyə yüksəlib. O, yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub.