Azərbaycan millisi Gürcüstana yola düşüb
- 23 Avq 2022 11:35
- 475
Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan qadın voleybolçularımız qrupda növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstan kollektivinə qarşı keçirəcək. "Rekord.az" xəbə verir ki, Tbilisidə "Yeni Voleybol Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.
AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
24 avqust
17:00 Gürcüstan - Azərbaycan