Azərbaycan millisi hazırlığa start verdi
- 28 Mar 2022 19:20
- 635
Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandası hazırlığa başlayıb. Rekord.az xəbər verir ki, məşqlər Boks Mərkəzində keçirilir.
Hazırlıqda Azərbaycan birinciliyində fərqlənən boksçular iştirak edirlər. Toplanışa 40-adək idmançı cəlb olunub. Qarşıdakı günlərdə boksçuların və məşqlərin sayının artması planlaşdırılır.
Qeyd edək ki, yeniyetmə boksçularımızı ilin ikinci yarısında Avropa birinciliyi gözləyir.