
“Azərbaycan millisi ilə oyunda tarix yazdıq”
- 23 Mar 2025 00:20
- 87
Haiti millisi bu gün yoxlama oyunu çərçivəsində Azərbaycan yığmasının qonağı olub.
Rekord.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş matçdan sonra qonaq komandanın baş məşqçisi Sebastyen Minyenin mətbuat konfransı keçirilib.
Fransalı çalışdırıcı 3:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Həm komandamın, həm də oyunçularımın performansından razı qaldım. Çətin oyun olacağını gözləyirdik. Onu da vurğulayım ki, bu oyun ardıcıl doqquzuncu qələbəmiz oldu. Bu da Haiti millisi tarixində bir ilk idi. Yaxşı oyun oldu, 3:0 hesablı təmiz qələbə qazandıq. Avropa komandası üzərində ilk qələbəmiz oldu. Komandam ardıcıl doquzuncu qələbə qazanmaqla tarix yazdı. Oyunçularım onlardan gözlədiyim performansı göstərdilər.
Fərqli təcrübə oldu bizim üçün. Stadion olsun, həmçinin atmosfer də fərqli idi. Qitə turnirinə vəsiqə qazanmışıq. Seçmə mərhələyə baxdıqda, beş komandadan biri ilə qarşılaşma imkanımız var idi. Buna görə də, Azərbaycan Futbol Federasiyasına müraciət etdik. Sağ olsunlar, müsbət yanaşdılar müraciətimizə. Çox yaxşı qarşıladılar. İstər otel olsun, istərsə də atmosfer… Hər şey çox yaxşı idi.
Rəqib komandanın həm güclü, həm də zəif tərəflərini təhlil etmişdik. Amma mən daha çox öz oyunçularıma köklənmişdim. Həm müdafiə olunanda, həm də hücuma çıxanda yaxşı oynadıq. Yaxşı pressinq edirdik. Buna görə oyunçularıma böyük təşəkkür düşür”.