Azərbaycan millisi İslamiadada iştirak üçün Konyaya yola düşdü
- 05 Avq 2022 10:57
- 527
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Rekord.az" xəbər verir ki, voleybolçularımız Azərbaycan idman nümayəndə heyətinin tərkibində yarışın keçiriləcəyi Konya şəhərinə yollanıb.
Azərbaycan nümayəndə heyətinin bir qismi artıq Konyadadır. Qitə birinciliyinin təsnifat mərhələsi çərçivəsində sabah oyuna çıxacaq kişi voleybolçularımız isə Konyaya ayın 8-də yola düşəcəklər.
Qeyd edək ki, qadın millimiz İslamiadada mübarizəyə avqustun 8-də başlayacaq. B qrupunda yer alan komandamızın rəqibləri Seneqal, Əfqanıstan və Kamerundur. Oğlanlarımız isə ilk görüşlərini ayın 9-da keçirəcəklər. Voleybolçularımız Sudan, Kamerun və Mərakeşlə birgə A qrupunda yer alıb.