Azərbaycan millisi İstanbulda 5-ci oldu
- 16 May 2022 21:43
- 503
13-15 may tarixlərində İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə dünya kuboku sayılan 7-ci “Turkish Open” beynəlxalq turnirində idmançılarımız uğurla çıxış edib.
Rekord.az xəbər verir ki, kiksboksçularımız qardaş ölkədə 49 medal qazanıb.
Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medal olub. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən 5-ci ölkə olub.
Qeyd edək ki, ilk dəfə bu yarışda kikboksinqin "Point Fighting" növü üzrə yarışan millimiz altı bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək 5-ci İslam Həmrəylik Oyunlarında təmsil edəcək.
Onu da bildirək ki, kikboksinq millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Bu, 2-5 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kubokudur.