Azərbaycan millisi “Qızıl əlcək” beynəlxalq turnirinə yollandı
- 17 Okt 2023 10:31
- 278
Sabah Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turniri start götürəcək.
Rekord.az xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.
Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayev “Qızıl əlcək”də Ümid Rüstəmov (60 kq), Ruslan Rüstəmov (63,5 kq), Kamran Şahsuvarlı (75 kq) və Alfonso Dominqesə (86 kq) şans verəcək.
Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Bu gün səfərə yollanan komanda oktyabrın 22-də Bakıya qayıdacaq.
Yarışın püşkü bu gün atılacaq.