Azərbaycanın 3x3 basketbol üzrə qadın yığma komandasının bir qrup heyəti Serbiyaya yollanıb.

Rekord.az xəbər verir ki, onlar bu gündən etibarən Novi Sad şəhərində təlim-məşq toplanışına başlayıblar.

Millimiz serbiyalı mütəxəssislərin rəhbərliyi ilə gündə iki dəfə olmaqla məşqlərdə iştirak edəcəklər.

Təlim-məşq toplanışında əsas məqsəd may ayında start görürəcək 3x3 basketbol üzrə Dünya Qadın Seriyasına hazırlaşmaqdır.