Azərbaycanın cüdo yığması Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

Rekord.az xəbər verir ki, millimiz Monqolustana 3:1 hesabı ilə qalib gələrək komanda hesabında üçüncü yeri tutub.

Xatırladaq ki, daha əvvəl fərdi yarışda cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanmışdılar.