Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmış qadın voleybolçulardan ibarət Azərbaycan millisi Vətənə qayıdıb. "Rekord.az" xəbər verir ki, komandamız Bakıya bu gecə gəlib.

AVRO-2023-ə vəsiqə əldə etmiş yığmanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, idmançıların yaxınları, media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, AVRO-2023-ün təsnifat mərhələsinin D qrupunda mübarizə aparmış Eldar Yusubovun yetirmələri sentyabrın 10-da, son turda Avstriya komandası ilə üz-üzə gəlib. Şvexatda təşkil olunan matçda rəqibini 3:1 hesabı ilə məğlub edən voleybolçularımız Avropa çempionatının final mərhələsinə yüksəliblər.