
Azərbaycan millisindən darmadağın
- 2022-09-24 22:00
- 254
Bakıdakı təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Şamaxı”nın U-17 komandası ilə qarşılaşma 5:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Millimizin heyətində Sadiq Məmmədli (2), Eltun Babazadə, Ömər Kərimov və Ziya Şəkərxanov fərqlənib.