
Azərbaycan millisindən Moldova yığması ilə heç-heçə
- 19 Mar 2025 19:40
- 51
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, U-19 Qəbələdə hazırlıq keçən Moldovanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun 0:0 hesablı heç-heçə başa çatıb.
Bu komandalar martın 22-də ikinci yoxlama matçında üz-üzə gələcəklər.