
Azərbaycan millisindən Xorvatiya ilə heç-heçə
- 28 Mar 2025 00:49
- 105
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, millimiz Xorvatiyada keçirilən turnirdə meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal olub.
Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Komandamız ilk turda Bosniya və Herseqovinaya uduzmuşdu – 2:10.
Xorvatiya - Azərbaycan 3:3
Qollar: Leon Ferençek, 2:48, 34:24, İvan Posaveç, 39:48 - Fariz Hüseynov, 6:56, Ədalət Ələkbərov, 16:11, 39:59.
Qırmızı vərəqə: Hüseyn Abdulov, 26:02.
Hakimlər: Liviu Dumitru Çita (Rumıniya), Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya)
Timekeeper: Luka Kovaç Levantin (Xorvatiya)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)
Omiş. Ribnjak İdman Sarayı.