“Azərbaycan millisini dərindən təhlil edəcəyik”
- 30 İyn 2022 14:30
- 569
Qadın həndbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Joze Antonio Da Silva dünya çempionatının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Rekord.az xəbər verir ki, o, bu mərhələdə Azərbaycan millisinə rəqib olmalarını belə şərh edib:
“Ən çətin rəqiblərdən biri ilə düşdük. Azərbaycan həndbolda ənənəsi olan ölkədir. Bizi Bakıya uzaq səfər və ağır oyun gözləyir. Rəqibin kim olduğunu bildiyimiz üçün onu dərindən təhlil edəcəyik. Azərbaycanı məğlub etmək və beynəlxalq arenada yerimizi möhkəmləndirmək üçün ən yaxşı həll yollarını tapmağa çalışacaq, həndbolumuzun yaxşı mərhələdən keçdiyini təsdiq edəcəyik”.
Azərbaycan millisi ilk oyununu noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə olacaq.