Azərbaycan millisinin Monteneqroda keçirilən cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışındakı rəqibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, yığmamız 1/8 finalda Gürcüstanla qarşılaşacaq.


Qeyd edək ki, püşk daha əvvəl atılsa da, yarış təlimatlarının pozulması səbəbindən mərasim təkrarlanıb. Ötən gün keçirilmiş ilk püşkdən sonra Azərbaycan yığmasının İtaliya komandası ilə qarşılaşacağı bildirilirdi.


Qarışıq komanda yarışı aprelin 27-də keçiriləcək.