Azərbaycan millisinin Antalya toplanışı başa çatdı
- 14 Yan 2022 22:00
- 710
Türkiyənin Antalya şəhərində 20 ölkədən 300 cüdoçunun iştirakı ilə baş tutan təlim-məşq toplanışına yekun vurulub.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkil etdiyi təlimlərdə cüdo üzrə Azərbaycan millisi 36 nəfərlik heyətlə iştirak edib.
Təlim-məşq toplanışının əsas məqsədi 28-30 yanvar tarixlərində Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə qran-pri və 5-6 fevral tarixlərində Parisdə keçiriləcək “Böyük Dəbilqə” turnirinə hazırlıqdır.