Azərbaycanın gənclərdən ibarət cüdo millisi Almaniyanın paytaxtı Berlində keçirilən təlim-məşq toplanışını başa vurub.

Rekord.az xəbər verir ki, avqustun 31-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə başlayan hazırlıq prosesində yığmanın 12 oğlan və 4 qız üzvü iştirak edib.

Cüdoçulara oğlanlardan ibarət millinin baş məşqçisi Elxan Məmmədov, məşqçisi Elxan Rəcəbli və qızlardan ibarət komandanın məşqçisi Vüqar Hüseynov rəhbərlik ediblər.

Təlim-məşq toplanışı sentyabr və oktyabrda baş tutacaq gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.