Azərbaycan millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti bilindi
- 28 İyn 2022 20:30
- 481
İyulun 8-dək 10-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə növbəti “Böyük Dəbilqə” turniri keçiriləcək.
Rekord.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisi yarışa 12 kişi cüdoçu sifariş edib.
Heyətdə yığmanın yeni milliləşdirilmiş üzvü, dünya çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Səid Mollayi də yer alıb. Komandamız bu yarışa aşağıdakı heyətlə yollanacaq:
Əhməd Yusifov, Rövşən Əliyev (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Səid Mollayi, Zelim Tçkayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq).
Budapeştdəki “Böyük Dəbilqə”də 65 ölkədən ümumilikdə 455 cüdoçunun iştirakı gözlənilir.