Azərbaycan millisinin dünya çempionatı üçün heyəti açıqlandı
- 26 Sen 2023 21:55
- 324
Oktyabrın 5-9-u aralığında Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında dünya birinciliyinə qatılacaq Azərbaycan millisinin heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, yarışda ölkəmizi 14 idmançı təmsil edəcək.
Yeniyetmələr arasında Ziyəddin Zeynallı (53 kq), Nicat İsmayılov (58 kq), Nicat Rəhimov (64 kq), Nicat Sultanov (71 kq), Sülhan Süleymanlı (79 kq), Hüseyn Hüseynli (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) mübarizə aparacaq. Gənclər kateqoriyasında isə Sahib Babayev (58 kq), İlkin Şahgəldiyev (64 kq), Ricad Nadirov (71 kq), Səməd Şıxıyev (79 kq), Sadiq Zeynallı (88 kq), Rəsul Aydəmirov (98 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) gücünü sınayacaq.
Qeyd edək ki, samboçular hazırda Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Hazırlıq prosesi sentyabrın 30-dək davam edəcək.