Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının heyəti müəyyənləşib.

Rekord.az xəbər verir ki, oktyabrın 7-də təlim-məşq toplanışına yığışacaq U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.

F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

1. Rəvan Kazımov - Neftçi
2. Xəyal Fərzullayev - Sumqayıt
3. Rüstəm Samiqullin - Neftçi
4. Süleyman Damadayev - Qəbələ
5. Seymur Məmmədov - Sabah
6. Emin Rüstəmov - Səbail
7. Cəlal Hüseynov - Arda (Bolqarıstan)
8. Eşqin Əhmədov - Qəbələ
9. Abdulla Rzayev - Sabah
10. Rüfət Əhmədov - Turan Tovuz
11. Rüfət Abbasov - Şamaxı
12. Mahir Həsənov - Kəpəz
13. Qurban Səfərov - Şamaxı
14. Mirəli Əhmədov - MOİK
15. Rauf Rüstəmli - Şamaxı
16. Emil Səfərov - Neftçi
17. Xəyal Əliyev - Sabah
18. Murad Vəliyev - Nomme Yunayted (Estoniya)
19. Fərid Yusifli - Turan Tovuz
20. Şahin Şahniyarov - Qəbələ
21. Zeynəddin Abdurahmanov - Cəbrayıl
22. Samir Məhərrəmli - Cəbrayıl
23. Nəriman Axundzadə - Qarabağ
24. Samir Abdullayev - Səbail
25. Ağadadaş Salyanski - Neftçi