Azərbaycan millisinin iki üzvü Macarıstan çempionatının ilk turunda üz-üzə gəldilər
- 12 Okt 2019 13:27
- 1069
Macarıstanda qadın voleybolçuların çempionatı start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən iki üzvü ilk turda bir-birinə rəqib olub.
Oyunqurucumuz Şəfaqət Alışanovanın formasını geyindiyi "Jaszbereny" klubu blokçumuz Ayşən Abduləzimovanın şərəfini qoruduğu "Vasas"ı qəbul edib. Görüş gərginliyi ilə yadda qalıb. 5 hissə davam edən matçda Ayşən və rəfiqələri 3:2 (15:25, 25:18,13:25, 25:23, 10:15) hesabı ilə qələbə qazanıblar.
Hər iki voleybolçumuzun komandasının xal qazandığı qarşılaşmada Ayşən 11 dəfə fərqlənib. O, meydn sahiblərini 6 dəfə hücumda, 5 dəfə isə blokda məyus edib.
Şəfaqət isə 5 xal qazanib. Toppaylayıcımız 2 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda fərqlənib.