Azərbaycan milli komandasının şərəfini qoruyan iki idmançı nişanlanıb.

Rekord.az xəbər verir ki, aerobika gimnastikası üzrə yığmamızın üzvü Emil Quliyev və eyni komandanın şərəfini qoruyan, aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının qızıl medalını qazanmış Balaxanım Əhmədova nişanlanıb.

Cütlüyün nişan mərasimi dünən Bakının məşhur restoranlarından birində təşkil edilib. Mərasimdə idmançıların yaxınları ilə yanaşı, milli komandamızın üzvləri də iştirak edib.