Azərbaycan millisinin rəqibini seçdi
- 08 Mar 2020 13:00
- 599
"Rusenborq"un hücumçusu Dino İslamoviç Monteneqro millisində oynamağa qərar verib.
Rekord.az xəbər verir ki, İsveçdə doğulan 26 yaşlı hücumçu bu ölkənin aşağı yaş qruplarında və əsas millisində oynayıb. İsveç yığmasında 1 yoldaşlıq görüşü keçirən İslamoviç Monteneqro vətəndaşlığını alıb.
O, yanvar ayında Moldova ilə yoxlama görüşündə İsveçin heyətində debüt etmişdi. İsveç millisinin baş məşqçisi Yane Andersson futbolçunun qərarına təəssüfləndiyini deyib:
"Dino bu yaxınlarda mənə zəng edib, məsələdən agah etdi. Monteneqro ilə bağlı güclü duyğuları var. Yanvar ayında bizimlə idi və onda millimiz üçün fərqli keyfiyyətlər olduğunu düşünürdük. Monteneqronu seçdiyi üçün təəssüfləndim. Lakin qərarına hörmət edirəm və ona uğurlar arzu edirəm".
İslamoviç İsveçin millisinin baş məşqçisinin sözlərinə münasibət bildirib: "Anderssona məni İsveç millisində saxlamaq istədiyi üçün təşəkkür edirəm. Amma Monteneqroda daha yaxşı işlər görəcəyimi hiss edirəm".
Monteneqro yığması Millətlər Liqasında Azərbaycan, Kipr və lüksemburqla eyni qrupda qərarlaşıb.