Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubunu çalışdıracaq
- 20 İyl 2020 14:30
- 1032
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Türkiyədə klub məşqçisi təyin edilib. "Rekord.az" xəbər verir ki, rus əsilli voleybolçumuz İnessa Qorxmaz qonşu ölkənin "Büyükçekmece" klubunun əsas çalışdırıcısı olacaq.
Qorxmazın "sükanı arxasına" keçdiyi "Büyükçekmece" I liqada mübarizə aparacaq. 48 yaşlı sabiq blokçumuz ən azi bir il bu komandanı qələbə üçün meydana çıxaracaq.
Qeyd edək ki, Azərbaycan millisi ilə Avropa çempionatının və "Azərreyl" klubu ilə isə Çempionlar Liqasının dördüncüsü olmuş Qorxmaz Rusiya yığması ilə Olimpiya oyunlarında ikincilik qazanıb, dörd dəfə qitə birinciliyi və dünya çempionatının qalibi olub.