
Azərbaycan millisinin üzvləri Gürcüstanda toplanışa başlayıblar
- 16:40
- 38
Parapauerliftinq üzrə Azərbaycan millisi Gürcüstanda beynəlxalq təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, yığma üzvləri Bakuriani şəhərində hazırlıq prosesində iştirak edirlər. Mayın 6-dək davam edəcək toplanışa 6 idmançı qatılıb.
Hazırlıq prosesinə Pərvin Məmmədov, Rəsul Zəkiyev, Şamo Aslanov, Talib Zeynalov, Zəhra Dadaşova ilə Leyla Kərimova cəlb ediliblər.
Toplanış mayın 6-13-ü aralığında Tbilisidə keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.