Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova və Nikalina Başnakova Türkiyədə növbəti oyuna çıxıblar. "Rekord.az" xəbər verir ki, voleybolçularımızın şərəfini qoruduğu "Sarıyer BLD" 25-ci turda "Çan Gençlik Kale Spor" ilə üz-üzə gəlib. 

Səfərdə baş tutan qarşılaşma "Sarıyer BLD" üçün uğursuz alınıb. Voleybolçularımızın komandası 3 hissə davam edən matçda quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3 (23:25, 25:27, 22:25).

"Sarıyer BLD"-nin xalsız qaldığı oyunda blokçumuz ayşən Abduləzimova meydan sahiblərini 7 dəfə məyus edib. O, bu xallardan 6-nı hücumda, 1-ni isə blokda qazanıb. Hücumçumuz Nikalina Başnakova isə 18 xal toplamaqla komandasının ən məhsuldar oyunçusu olub. O, xalların 16-nı hücumda, 2-ni isə blokda qazanıb.