Azərbaycan Gimnastika Federasiyası tərəfindən Şirvan Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvlərinin nümunəvi çıxışlarından ibarət idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Şirvan Şəhər İcra Hakimiyyətin başçısi İlqar Abbasov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Yusifov və 600 nəfərə yaxın tamaşaçı iştirak edib.

Gimnastlar tərəfindən həm fərdi həm də qrup hərəkətləri proqramında ip, top, lent, halqa və gürzlər ilə hərəkətlər icra olunub. Gimnastların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.