Qadın voleybolçulardan ibarət Azərbaycan millisinnüzvü Şəfaqət Alışanovanın çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, mövsümə Macarıstanda başlayan oyunqurucumuz karyerasını "Azərreyl" klubunda davam etdirəcək. 

32 yaşlı təcrübəli voleybolçumuz Bakı klubu ilə artıq rəsmi müqaviləyə imza atıb. Milli oyunçumuz mövsümün sonunadək "Azərreyl"in uğurları üçün çalışacaq. 

Qeyd edək ki, 2022/2023 illər mövsümünə Macarıstanın "MAV Elore" klubunda başlamış Alışanovanın müqaviləsi bitdiyindən bir müddət əvvəl vətənə qayıdıb.