Azərbaycan millisinin üzvü “Sumqayıt”da 100-cü matçına çıxdı
- 26 Avq 2024 18:55
- 150
Azərbaycan Premyer Liqasının 4-cü turu “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov üçün əlamətdar olub.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı qolkiper “Gənclik şəhəri” təmsilçisinin heyətində 100-cü çempionat matçına çıxıb.
Bu, “Sabah”la səfər görüşünə təsadüf edib. Cənnətovun komandası bu qarşılaşmada 1:3 hesabı ilə uduzub. O, “Sumqayıt”da keçirdiyi 100 oyunda 124 qol buraxıb.
Azərbaycan millisinin qapıçısının debütü 2017-ci il avqustun 26-da “Zirə” ilə səfər matçında (1:3) gerçəkləşib. 2017-2021-ci illərdə “Sumqayıt”ın formasını geyinən qapıçı 2023-cü ilin yayında yenidən komandaya qayıdıb.