Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisinin mətbuat konfransı keçiriləcək. "Rekord.az" xəbər verir ki, türkiyəli mütəxəssis Ataman Güneyligilin media nümayəndələri ilə görüşü sabah təşkil olunacaq. 

Mətbuat konfransı mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində baş tutacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Güneyligillə razılıq əldə olunub. Həm milli, həm də klub səviyyəsində bir çox nailiyyətləri olan 41 yaşlı çalışdırıcının son iş yeri "Galatasaray" klubu olub. O, millimizlə yanaşı, növbəti mövsüm üçün Yunanıstanın "Paok" klubu ilə da razılığa gəlib.