Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu
- 18 May 2024 17:00
- 263
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançı T13 kateqoriyasında 100 metr məsafəni 11.94 saniyəyə başa vurub.
Vəliyeva bu nəticə ilə bütün rəqiblərini qabaqlayaraq dünya çempionu olub.
Bu, 22 yaşlı Paralimpiya çempionunun ümumilikdə üçüncü dünya çempionluğudur. Vəliyeva ötən il Parisdə təşkil edilən mundialda 100 və 400 metr məsafələrə qaçış üzrə qızıl medal qazanıb.