Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun rəmzi komandası məlum olub.

Rekord.az PFL-ə istinadən xəbər verir ki, “Qəbələ” və “Neftçi”dən 4 futbolçu rəmzi heyətdə yer alıb:

Qapıçı: Anar Nəzirov (“Qəbələ”)-3;

Müdafiəçilər: Donald Gerye (“Neftçi”)-3, İviça Juniç (“Qəbələ”)-4, Anton Krivotsyuk (“Neftçi”)-6, Amin Seydiyev (“Qəbələ”);

Yarımmüdafiəçilər: Stiven Monroz (“Neftçi”)-6, Emin Mahmudov (“Neftçi”)-3, Şafik Tiqrudja (“Zirə”)-3, Xayme Romero (“Qarabağ”)-6;

Hücumçular: Nikolas Raysel (“Qəbələ”), Riçard Qadze (“Zirə”)-2.