Bakıda Formula 1 üzrə Azərbaycan qran-prisinə start verilib.

Rekord.az xəbər verir ki, saat 15:00-da pilotlar ilk sərbəst yürüşə başlayıblar.

Test yürüşü bir saat davam edib. “Red Bull”un pilotu Serxio Peres ən yaxşı nəticəni göstərib. “Ferrari”dən Şarl Lekler ikinci, Peresin komanda yoldaşı Maks Ferstappen üçüncü olub.

Bu gün Azərbaycan qran-prisində ilk qəzalar da qeydə alınıb. “Haas” komandasında çıxış edən Mik Şumaxer uğursuzluqla üzləşib. 23 yaşlı pilotun bolidində maye sızması aşkarlanıb. Şumaxer bu səbəbdən test yürüşünü erkən dayandırmağa məcbur olub.

Birinci sərbəst yürüşdə "Uilyams"ın pilotu Nikolas Latifinin də bolidi sıradan çıxıb. 27 yaşlı sürücü avtomobilinin mühərrikində problem aşkarlandığı üşün test yürüşünə davam edə bilməyib.

Azərbaycan qran-prisi iyunun 12-dək davam edəcək.